525.Az

NASA Aya astronavtlar göndərəcək - Foto


 

NASA Aya astronavtlar göndərəcək -<b style="color:red"> Foto</b>

NASA-nın Aya göndəriləcək astronavtları yenidən hazırlıqlara başlayıb. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün ABŞ-ın Texas ştatında dərin bir hovuzda astronavtlara təlim keçirilir. 2025-ci ildə "Artemis missiysı" üçün Aya geri qayıtmağı planlayan qurum peykin situasiyasına uyğun olaraq (qaranlıq, kölgəli, ağır yer çəkimi) suda dalğıcların köməyilə xüsusi məşğələlər keçirir. Bu təlimin əsas məqsədlərindən biri isə astronavtların peykin cənub qütbündə nələr yaşandığını öncədən öyrənməkdir.

Qeyd edək ki, Yerin peykinə olan ilk səyahət ABŞ tərəfindən "Apollon layihəsi" adı altında 16 iyul 1969-cu ildə baş tutub. "Apollon 11" kosmik roketi ilə aya gedən üç ABŞlı Nil Armstronq, Bazz Oldrin və Maykl Kollins olmuşdur.

Məhəmməd Tağıyev

 

 





12.02.2022    çap et  çap et