525.Az

İsrail XİN vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb


 

İsrail XİN vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb<b style="color:red"></b>

İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb.

525.az xəbər verir ki, ​​​​​nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Kiyevdən Təl-Əvivə uçuşların sayını artırmaq üçün aviaşirkətlərlə danışıqlar aparılır.

“Davam edən gərginlik və eskalasiya qorxusu ilə əlaqədar Ukraynada yaşayan İsrail vətəndaşlarını mümkün qədər tez bir şəkildə ölkəni tərk etməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.

Bildirilir ki, nazirliyin baş direktoru Alon Uşpizin rəhbərliyi ilə XİN-də xüsusi böhran qrupu yaradılıb.

 





12.02.2022    çap et  çap et