525.Az

Əhalinin ərzaq xərcləri yanvarda 3%-dək artıb


 

Əhalinin ərzaq xərcləri yanvarda 3%-dək artıb<b style="color:red"></b>

Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 1,781 mlrd. mlrd. manat xərclənib.

525.az Dövlət Statistika Komitəsinin məlumatları əsasən xəbər verir ki, bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,8% artıb, aylıq müqayisədə isə 3,3 dəfə azalıb. Ərzaq məhsullarına xərclənən vəsaitlər ümumi pərakəndə ticarətinin 49%-ini təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən ərzaq məhsullarına 21,744 mlrd. manat, təkcə dekabr ayında isə 5,890 mlrd. manat (son iki ilin ən yüksək göstəricisi) xərclənib.

 





13.02.2022    çap et  çap et