525.Az

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır


 

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır<b style="color:red"></b>

Bu gün saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların və I-X siniflərdə təhsil alan şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilir.

Təhsil Nazirliyindən 525.az-a verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

 





14.02.2022    çap et  çap et