525.Az

14 Fevral -  Beynəlxalq Kitab Bağışlama Günüdür - Video


 

14 Fevral -  Beynəlxalq Kitab Bağışlama Günüdür - <b style="color:red">Video</b>

Həyatımıza sehrli cazibəsi ilə daxil olan nağıllardan tutmuş, dahilərin qələminin bəhrəsi olan əsərlərə kimi qət edilən yol əslində ömrümüzün güzgüsüdür.  Elə bir aləm ki, sehrinə düşdünmü çətin qurtulasan. İnsanı bu əsrarəngiz aləmə aparan vasitə isə kitablardır. Müasir dövrdə texnologiyanın rolunun artmasına baxmayaraq kitab oxuma və kitab bağışlama ənənəsi heç vaxt dəyişmir. 

Müxtəlif dövrlərdə insanlar hər zaman biri-birinə kitab hədiyyə ediblər. Lakin kitab bağışlama gününün qeyd olunması isə  “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı  Emmi Brodmoorun adı ilə bağlıdır. 

Mövzu ilə bağlı daha ətraflı məlumatı “525-ci Kanal” təqdim edir:

Nigar Abbasova

 





14.02.2022    çap et  çap et