525.Az

DİN-in bir neçə idarəsinin yerləşəcəyi inzibati bina istifadəyə verilib


 

DİN-in bir neçə idarəsinin yerləşəcəyi inzibati bina istifadəyə verilib<b style="color:red"></b>

Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya, Daxili Təhqiqatlar, Səfərbərlik İşləri və Mülki Müdafiə idarələrinin yerləşəcəyi inzibati bina yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilib.

Bu barədə 525.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Paytaxtın Binəqədi rayonu ərazisində yerləşən üçmərtəbəli inzibati bina xidməti otaqlardan, Növbətçi Hissə, silah-sursat saxlama yerindən ibarət olmaqla mərkəzləşdirilmiş kondisioner-ventilyasiya, yanğın siqnalizasiyası, videomüşahidə və rabitə kommunikasiya sistemləri ilə təmin edilib, bütün otaq və sahələrdə təyinata uyğun olaraq zəruri mebel və inventarlar quraşdırılıb.

Binanın ərazisində abadlıq-yaşıllaşdırma və işıqlandırma işləri icra edilib.

 





14.02.2022    çap et  çap et