525.Az

Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi vəzifəsinə təyinat olub


 

Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi vəzifəsinə təyinat olub<b style="color:red"></b>

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargah rəisi vəzifəsinə təyinat olub.

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə nazirinin əmri ilə I dərəcəli kapitan Şahin Məmmədov bu gün HDQ-nin qərargah rəisi vəzifəsinə təsdiqlənib.
 
Ş. Məmmədov bu il mart ayının sonlarında HDQ-nin qərargah rəisi I dərəcəli kapitan Yunus Məmmədov vəzifəsindən azad olunduqdan sonra HDQ-nın qərargah rəisi vəzifəsinin icrasını həyata keçirib.
 
Həmin vaxtdan Ş. Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra edir.
 
Qeyd edək ki, cari ilin mart ayının 11-də HDQ-nin komandanı vitse-admiral Şahin Sultanov vəzifəsindən azad olunub.

 





15.05.2014    çap et  çap et