525.Az

Bakı Xoreoqrafiya Akademiyasının şagirdlərinin növbəti uğuru


 

Bakı Xoreoqrafiya Akademiyasının şagirdlərinin növbəti uğuru<b style="color:red"></b>

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) müəllimi  Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın müşayiəti ilə BXA-nın tam orta məktəbinin IX sinif şagirdiləri Liana Bernadina və Leyla Dəmirova Rusiyanın Sankt-Peterburq şəhərində dahi rus balerinası Anna Pavlovanın anadan olmasının 140 illiyinə həsr olunmuş “Klassik və müasir rəqs ifaçılarının Beynəlxalq Konsert Müsabiqəsi”ndə iştirak ediblər. 

Akademiyadan 525.az-a verilən məlumata görə, müsabiqə əsasında Liana Bernadina “Armida Pavilyonu” və “Əbəs yerə ehtiyatlılıq”,  Leyla Dəmirova isə  “Yatmış gözəl” baletindən Yasəmən pərisi, “Paxita” baletindən variasilar ifa ediblər. Leyla Dəmirova möhtəşəm çıxışına görə  107 ifaçı və 215 rəqs arasında I dərəcəli laureat, Liana Bernadina isə II dərəcəli laureat adına layiq görülüb.

Qeyd edək ki, layihə böyük rus balerinası Anna Pavlovanın doğum gününə təsadüf etdiyinə görə, mükafatlandırma balerinanın ev-muzeyində həyata keçirilib.  

Xatırladaq ki, müsabiqədə 107 ifaçı 215 rəqs ifası ilə çıxış edib. Müsabiqənin missiyası klassik baletin ən yaxşı ənənələrini qoruyub saxlamaq, tələbələrin yaradıcılıq qabiliyyətlərini və ifaçılıq bacarıqlarını inkişaf etdirmək, onların yaradıcılıq potensialının reallaşdırılması üçün əlverişli şərait yaratmaq, ən istedadlı rəqqasları üzə çıxarmaq, dəstəkləmək, o cümlədən yaradıcılıq əlaqələri yaratmaqdan ibarətdir. 
 

 





14.02.2022    çap et  çap et