525.Az

Azərbaycan və Gürcüstanın baş nazirləri arasında telefon danışığı olub


 

Azərbaycan və Gürcüstanın baş nazirləri arasında telefon danışığı olub<b style="color:red"></b>

Fevralın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

Bu barədə 525.az-a Nazirlər Kabinetindən məlumat verilib. Telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatçılıq və həmrəylik ifadə edilib.

Eyni zamanda Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

 





14.02.2022    çap et  çap et