525.Az

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub


 

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 13 fevral 2022-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçirilib.

Mərkəzdən 525.az-a verilən xəbərə görə, imtahan nəticələri bu gün saat 15:40-dan etibarən DİM-in saytında yerləşdirilib.

Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 





14.02.2022    çap et  çap et