525.Az

Azərbaycan məhsulları beynəlxalq sərgidə nümayiş olunur


 

Azərbaycan məhsulları beynəlxalq sərgidə nümayiş olunur<b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2022” beynəlxalq ərzaq sərgisi öz işinə başlayıb.

525.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlıumat yayıb.

Bildirilir ki, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkətinin meyvə şirələri, təbii mineral sular, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir.

Qeyd edək ki, 5 gün davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.

 





15.02.2022    çap et  çap et