525.Az

Ramiz Mehdiyevin köməkçisini “Bandotdel” saxlayıb


 

Ramiz Mehdiyevin köməkçisini “Bandotdel” saxlayıb <b style="color:red"></b>

Dünən AMEA prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin köməkçisinin saxlanıldığı təsdiqlənib.

525.az xəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Eldar Əmirov dünən Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb: “Hazırda müvafiq araşdırmalar aparılır”.

Qeyd edək ki, Eldar Əmirov R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar da onun köməkçisi işləyib.

 





15.02.2022    çap et  çap et