525.Az

Azərbaycan və Pakistan enerji sektorunda qarşılıqlı investisiya imkanlarını müzakirə edib


 

Azərbaycan və Pakistan enerji sektorunda qarşılıqlı investisiya imkanlarını müzakirə edib<b style="color:red"></b>

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeeni qəbul edib.

Nazirlikdən 525.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın inkişafına, tərəfdaşlıq sahələrinin genişləndirilməsinə xüsusi önəm verildiyi ifadə edilib.

Enerji sahəsində əməkdaşlığın gücləndirilməsi üçün perspektiv istiqamətlər nəzərdən keçirilib. Enerji sektorunda qarşılıqlı investisiya imkanları müzakirə edilib, mayeləşdirilmiş təbii qaz (LNG), neft-kimya məhsullarının Pakistana təchizatı məsələləri üzrə fikir mübadiləsi aparılıb. Həmçinin işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji ehtiyatları və Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin potensialı barədə məlumatlar, inkişaf planları barədə məlumatlar diqqətə çatdırılıb.

Söhbət zamanı Pakistan şirkətləri bərpa olunan enerji layihələrində iştiraka dəvət edilib. Həmçinin, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyası çərçivəsində enerji sahəsində əməkdaşlığın inkişafı məqsədilə Birgə İşçi Qrupun tezliklə yaradılmasının vacibliyi qeyd edilib.

 





15.02.2022    çap et  çap et