525.Az

Azərbaycan ilk dəfə Qış Paralimpiadasında təmsil olunacaq


 

Azərbaycan ilk dəfə Qış Paralimpiadasında təmsil olunacaq<b style="color:red"></b>

Milli Paralimpiya Komitəsinin qış idman növləri üzrə yığmasının üzvü tarixdə ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək.

525.az xəbər verir ki, Mehman Ramazanzadə Pekin-2022 XIII Qış Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək.

O, kross-kantri növünün sprint kateqoriyasında çıxış edəcək. Təmsilçimiz martın 9-da mübarizə aparacaq.

Qeyd edək ki, Qış Paralimpiadası 4-13 mart tarixlərində Çinin paytaxtı Pekində keçiriləcək. Oyunların açılış mərasimi martın 4-də Milli stadionunda baş tutacaq.

 





15.02.2022    çap et  çap et