525.Az

AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir


 

AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir<b style="color:red"></b>

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 525.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində cari il fevralın 14-də ölkə üzrə 328 ictimai iaşə obyektində 593 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi 3, ev 5A ünvanında yerləşən, hüquqi şəxs “Elnur Qrup” MMC-yə məxsus “Esnaf” restoranı;

2. Bakı şəhəri, Səbail rayonu, N. Rəfibəyli küçəsi, ev 20 ünvanında yerləşən, fiziki şəxs Ağayev Aslan Adil oğluna məxsus kafe;

3. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 51 ünvanında yerləşən, hüquqi şəxs “Azemat” MMC-yə məxsus “Dominos Pizza” restoranı;

4. Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi 63 ünvanında yerləşən, fiziki şəxs Məmmədli Hikmət Hüseyn oğluna məxsus kafe.

AQTA bildirir ki, müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

 

 

 





15.02.2022    çap et  çap et