525.Az

ABŞ və Ukrayna hərbi rəhbərləri telefonla danışıblar


 

ABŞ və Ukrayna hərbi rəhbərləri telefonla danışıblar<b style="color:red"></b>

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə telefonla danışıb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Komitənin mətbuat katibi Devid Batler məlumat verib.

“Tərəflər Şərqi Avropada təhlükəsizliklə bağlı fikir mübadiləsi aparıblar. Ukrayna NATO-nun vacib tərəfdaşı olaraq Avropada və dünyada sülhün təmin edilməsində vacib rol oynayır” deyə Batler bildirib.

 

 





15.02.2022    çap et  çap et