525.Az

ABŞ-ın bir çox hissəsi su altında qala bilər


 

ABŞ-ın bir çox hissəsi su altında qala bilər<b style="color:red"></b>

Amerikalı alimlər hesab edir ki, atmosfera atlan karbon qazlarının miqdarı azalsa belə, 2050-ci ilə qədər ölkə ətrafındakı suyun səviyyəsi 25-30 sm artacaq.

525.az xəbər verir ki, proqnoz ABŞ-ın Milli Okean və Atmosfer Təhqiqatları İdarəsinin hesabatında yer alıb.

Bildirilib ki, növbəti 30 il ərzində ABŞ-ın kontinental ərazisində dəniz səviyyəsi son 100 ildə olduğu qədər yüksələ bilər. Alimlər həmçinin deyirlər ki, dəniz səviyyəsinin qalxması daha çox daşqınlara səbəb olacaq. Beləliklə, böyük daşqınların tezliyi beş dəfə, orta səviyyədə isə on dəfədən çox arta bilər.

Mütəxəssislər qeyd ediblər ki, bu proqnozlar atmosferə karbon qazı emissiyalarını azaltmaq üçün tədbirlərin görülməsini nəzərdə tutur. Əgər tədbir görülməsə, 21-ci əsrin sonuna qədər dəniz səviyyəsi 2 metrdən çox yüksələ bilər.

 





16.02.2022    çap et  çap et