525.Az

Avropa İttifaqı müdafiə və təhlükəsizliyini gücləndirir


 

Avropa İttifaqı müdafiə və təhlükəsizliyini gücləndirir<b style="color:red"></b>

Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) ümumi müdafiə potensialını birləşdirməyə, gücləndirməyə, müdafiə və təhlükəsizlik sahəsində muxtariyyətə nail olmağa yönəlmiş təşəbbüslər paketini təqdim edib.

Bu barədə 525.az “İnterfax”a istinadən xəbər verir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, geosiyasi rəqabətin dərinləşməsi fonunda Avropa İttifaqı texnoloji üstünlüyünü qoruyub saxlamalıdır.

Bu yeni təşəbbüslər paketində Aİ daxilində əməkdaşlığın artırılması ilə daha inteqrasiya olunmuş və rəqabətli müdafiə sisteminin gücləndirilməsi yer alıb. Avropa müdafiə istehsalının xərclərini azaldıb, miqyasını artırmaqla əməliyyat səmərəliliyini artırmağı hədəfləyir.

Bu məqsədlərə nail olmaq üçün vasitələr arasında quruma üzv dövlətləri tərəfindən birgə müdafiə layihələrinə investisiyalar üçün əlavə stimullar, birgə müdafiə satınalmalarının təşviqi, birgə tədqiqatlar və müdafiə aktivlərinin ixrac nəzarəti daxildir.

Xatırladaq ki, 2022-ci ilin sonuna qədər Avropa Müdafiə Fondu (EDF) müdafiə tədqiqatları və müdafiə qabiliyyətinin inkişafı layihələrinə 1,9 milyard avro sərmayə qoyacaq.

 





16.02.2022    çap et  çap et