525.Az

Ölkə üzrə fevral ayının pensiya ödənişi tam yekunlaşıb


 

Ölkə üzrə fevral ayının pensiya ödənişi tam yekunlaşıb<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə fevral ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən 525.az-a verilən məlumata görə, fevralın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, fevralın 15-də isə ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə pensiya təyin edilmiş pensiyalar ödənilib.

Qeyd edək ki, 2022-ci ilin yanvarın 1-dən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı da fevral ayının pensiyası ilə birgə ödənilib.

Bundan başqa, cari il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral ayının pensiyasının üzərinə əlavə olunub.

 





16.02.2022    çap et  çap et