525.Az

Azərbaycan yanvarda gündəlik 580,9 min barrel xam neft hasil edib


 

Azərbaycan yanvarda gündəlik 580,9 min barrel xam neft hasil edib<b style="color:red"></b>

Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barrel olub.

525.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunun 580,9 min barrelini xam neft, 119,6 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 23-cü iclasında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min barrel artırılaraq 661 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 57 min barrel həcmində olması nəzərdə tutulurdu.

 





16.02.2022    çap et  çap et