525.Az

Sumqayıtda mədəniyyət forumu


 

Sumqayıtda mədəniyyət forumu <b style="color:red"></b>

Mədəniyyət Nazirliyi yanında yaradılmış İctimai Şura ölkənin mədəniyyət mərkəzlərinin günün tələbləri səviyyəsində fəaliyyət göstərmələrində, ölkənin mədəni həyatının zəngin və rəngarəng olmağında çox maraqlıdır. Bu səbəbdən də şuranın nəzdində fəaliyyət göstərən işçi qrupları həm paytaxtda, həm regionlarda müxtəlif tədbirlər həyata keçirməkdədir.

525.az xəbər verir ki, növbəti belə tədbir Azərbaycanın Gənclik şəhəri sayılan Sumqayıtda baş tutacaq. Fevralın 17-də Sumqayıt şəhər Poeziya Evində Sumqayıt Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət Nazirliyi yanında İctimai şuranın Kitab nəşri və ədəbiyyat işçi qrupunun birgə təşkilatçılığı ilə "Sumqayıtın mədəni həyatını necə daha rəngarəng etməli" mövzusunda şəhərin tanınmış mədəniyyət xadimlərinin, gəncliyin nümayəndələrinin iştirakı ilə dinləmə-müzakirələr keçiriləcək.

Tədbirdə mədəniyyətin bütün sahələri - ədəbiyyat, kitabxanalar, muzeylər, kino, teatr, musiqi, rəssamlıq, fotoqrafiya, memarlıq və heykəltaraşlıq əhatə olunacaq, hər sahənin cari durumu, görüləcək işlər, perspektiv planlar müzakirə obyekti olacaq.

 





16.02.2022    çap et  çap et