525.Az

MİQ qaydalarına dəyişiklik edilib


 

MİQ qaydalarına dəyişiklik edilib<b style="color:red"></b>

"Son illər müəlimlərin işə qəbul müsabiqəsinə müraciət edən namizədlərin sayı artıb. Əvvəlki vaxtlarda müəllimlik üçün namizədlərin sayı 10 min idisə, 2021-ci ildə 62 min nəfər elektron qaydada qeydiyyatdan keçib".

525.az APA-ya istiandən xəbər verir ki, bunu "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib. Onun sözlərinə görə, müsabiqənin keçirildiyi 10 il ərzində tətbiq edilən qaydalarda çox ciddi dəyişikliklər olub:

"Həm beynəlxalq təcrübə, həm müraciətlər, rəylər, təhsil müəssisələrindən gələn rəylər nəzərə alınır və hər il müvafiq qaydada təkmilləşmələr, dəyişikliklər aparılır. Bu il də təkmilləşmələr aparılıb və yeni qaydalar qüvvəyə minib. Dəyişiklik iki hissə üzrədir - həm müəllimlərin işə qəbulu, həm də iş yerinin dəyişdirilməsi üzrə".

O qeyd edib ki, işə qəbul müsabiqəsində imtahanda test :

"Bununla əlaqədar 120 dəqiqəyə qədər artırılması barədə qərar qəbul edilib. Test imtahanına 60 sual təqdim olunacaq, amma bunun cavablandırılmasına görə qiymət fərqli olacaq, 100 bal toplaya biləcəklər. 40 ixtisas sualı olacaq, hər düzgün cavab 2 bal veriləcək, 20 metodika sualı olacaq ki, bu zamanda düzgün cavablandırlmaya görə 1 bal tətbiq ediləcək. Səhv cavablandırılmış 4 testin cavabına görə 1 düzgün cavab silinəcək" - deyə o əlavə edib.

 





16.02.2022    çap et  çap et