525.Az

Martda İranla Azərbaycan arasında uçuşlar bərpa olunacaq


 

Martda İranla Azərbaycan arasında uçuşlar bərpa olunacaq<b style="color:red"></b>

Mart ayından etibarən İranla Azərbaycan arasında birbaşa uçuşlar bərpa ediləcək.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə "Twitter" hesabında yazıb.

"İki ölkə əlaqələrində növbəti xoş addım. Cari ilin mart ayının əvvəlindən Azərbaycanla İran arasında birbaşa uçuşlar bərpa ediləcək", - səfir qeyd edib.

 





16.02.2022    çap et  çap et