525.Az

“Azəri” Tat Mədəniyyət Mərkəzi yeni layihənin icrasına başlayıb


 

“Azəri” Tat Mədəniyyət Mərkəzi yeni layihənin icrasına başlayıb<b style="color:red"></b>

“Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Bakı şəhərində və  Quba rayonunun Çiçi-Səbətlər inzibati ərazi dairəsində  “İkinci Qarabağ müharibəsi şəhid ailəsinin və müharibə iştirakçısının sosial problemlərinin həllinə kömək” layihəsinin icrasına başlayıb.

Bu ilin may ayınadək davam edəcək layihənin məqsədi Suqovuşan uğrunda gedən döyüşlərdə  Bakı şəhər sakini, kapitan Füzuli Əliyevin dünyasını dəyişmiş atasının qəbrinin üstünün düzəldilməsi işlərinə və İkinci Qarabaq müharibəsi zamanı Murovdağ ətrafındakı döyüşlərdə iştirak etmiş, Quba rayonunun Rəziyələr kəndində yaşayan Əhməd Əhmədovun məşqulluqunu təmin etmək üçün,  2 baş inəyin alınması və onlar üçün, ilkin olaraq, müəyyən qədər qüvvəli yem ehtiyatının yaradılmasına köməklik etməklə sosial, vəziyyətlərini yaxşılaşdırmaqdır. 

Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu layihənin maliyyələşdirməsi onu göstərir ki, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial problemlərinin həlli, dövlətin daim diqqətindədir. 

 





16.02.2022    çap et  çap et