525.Az

Ceyhun Bayramov və Çavuşoğlunun telefon danışığı olub


 

Ceyhun Bayramov və Çavuşoğlunun telefon danışığı olub<b style="color:red"></b>

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov ilə Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub.

525.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov həmkarının COVİD-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.

Nazir Ceyhun Bayramov, həmçinin qısa müddətdə nazir Mevlüt Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib.

 





16.02.2022    çap et  çap et