525.Az

Zaqatalada karantin rejimi ilə bağlı reyd keçirilib - Foto


 

Zaqatalada karantin rejimi ilə bağlı reyd keçirilib -<b style="color:red"> Foto</b>

Zaqatala Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin əməkdaşları karantin rejimindən irəli gələn qayda və tələblərə riayət olunmasının təmini məqsədilə şəhər ərazisində birgə nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 525.az-a verilən xəbərə görə, keçirilən tədbirlər zamanı COVID-19 pasportu tələb edilən ictimai iaşə obyektlərində, kafe və restoranlarda müştərilərin, eləcə də xidmət personalının peyvənd sertifikatları yoxlanılıb.

İkinci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin peyvənd sertifikatının fevralın 15-dən qüvvədən düşdüyü diqqətə çatdırılıb. Bu səbəbdən onların qeyd edilən məkanlara yalnız qüvvədə olan vaksin pasportu, immunitet, yaxud əks-göstəriş sertifikatı ilə buraxılacaqları izah olunub.

Həmçinin, mağazalarda tibbi maskadan istifadə etməyən alıcı və satıcılar müəyyən edilib, onların barəsində inzibati qaydada tədbir görülüb.

 





16.02.2022    çap et  çap et