525.Az

Nigar Yaqublu barəsində ittiham aktı Baş Prokurorluğa göndərilib


 

Nigar Yaqublu barəsində ittiham aktı Baş Prokurorluğa göndərilib<b style="color:red"></b>

Bu gün vəkil Nemət Kərimli Müsavat Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublu ilə görüşüb. N. Kərimlinin APA-ya verdiyi məlumata görə, N. Yaqublunun saxlanma şəraitindən hər hansı şikayəti yoxdur: “Saxlanma şəraiti və səhhəti normaldır. Hər hansı problem yoxdur ”.

N. Kərimli N. Yaqublunun barəsində olan cinayət işi üzrə ittiham aktının hazırlanması prosesinin başa çatdığını da deyib: “Onun cinayət işi üzrə istintaq tam başa çatıb. İttiham aktı müstəntiq tərəfindən hazırlanaraq imzalanması üçün Baş Prokurorluğa göndərilib. İmzalandıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək” .

Qeyd edək ki, N. Yaqublu sentyabrın 11-də saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.

 





22.10.2012    çap et  çap et