525.Az

Cüdo qaydalarında tətbiq edilən dəyişikliklərlə bağlı hakimlər üçün seminar keçirilib


 

Cüdo qaydalarında tətbiq edilən dəyişikliklərlə bağlı hakimlər üçün seminar keçirilib<b style="color:red"></b>

Azərbaycan Cüdo Federasiyasının (ACF) inzibati ofisində Beynəlxalq Cüdo Federasiyasının (IJF) növbəti Olimpiya dövrü üçün qaydalarda tətbiq etdiyi dəyişikliklərlə bağlı hakimlər üçün seminar təşkil olunub.

ACF-dən 525.az-a bildiriblər ki, hakimlər üzrə menecer Mətin Rəhimli tərəfindən keçirilən seminarda qaydalarda olan 12 müddəadan ibarət dəyişikliklər haqqında hakimlərə geniş məlumat verilib. Bununla yanaşı, biliklərin təkmilləşdirilməsi məqsədi ilə müzakirələr aparılıb.

Qeyd edək ki, federasiyasının təşkilatçılığı ilə bu ilin martında ölkənin müxtəlif bölgələrində eyni mövzuda seminarlar keçiriləcək. İlk seminarlar martın 4-də Naxçıvan və Göygöldə, daha sonra 6-da Mingəçevirdə, 11-də Balakənddə, 13-də İsmayıllıda, 15-də Qusarda, 17-də Şirvanda və aprelin 6-da Sumqayıtda təşkil olunacaq.

Yeni qaydalar daxili yarışlarda martdan etibarən tətbiq ediləcək.

 





17.02.2022    çap et  çap et