525.Az

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı kəskin artırıb


 

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı kəskin artırıb<b style="color:red"></b>

Bu ilin yanvar ayında Azərbaycanda küləklə işləyən stansiyalar 6,7 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 25,6% azdır.

525.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvarda günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 3,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+60%)

Xatırladaq ki, ötən il ölkədə küləklə işləyən stansiyalar 89 mln. kVt-saat elektrik enerjisi istehsal edib, bu da illik müqayisədə 6,7% azdır. 2021-ci ildə günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 54,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+18,3%).

 





17.02.2022    çap et  çap et