525.Az

Azərbaycanın MDB ölkələrindən idxalı iki dəfə artıb


 

Azərbaycanın MDB ölkələrindən idxalı iki dəfə artıb<b style="color:red"></b>

Bu ilin yanvar ayında Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi illik müqayisədə 87,2% artaraq 609,037 mln. ABŞ dollarına çatıb.

525.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, ixracın həcmi illik müqayisədə 74,5% artaraq 286,597 mln. dollar, idxal isə 2 dəfə artaraq 322,441 mln. dollar təşkil edib.

Nəticədə, 2022-ci ilin yanvar ayında 35,844 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. 2021-ci ilin eyni ayında saldo müsbət idi və 3,077 mln. dollara bərabər olub.

 





17.02.2022    çap et  çap et