525.Az

Ordunun Mühəndis Qoşunlarında məşğələlər keçirilir - Video


 

Ordunun Mühəndis Qoşunlarında məşğələlər keçirilir - <b style="color:red">Video</b>

2022-ci ilin fəaliyyət planına uyğun olaraq, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrində praktiki məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən 525.az-a verilən xəbərə görə, məşğələlərə cəlb edilən şəxsi heyət Mühəndis Qoşunlarının silahlanmasında olan texnika və avadanlıqlardan istifadə etmək vərdişlərini təkmilləşdirir.
Mühəndis bölmələri azad edilmiş ərazilərdə dislokasiya olunan qoşunların fəaliyyətini təmin etmək, həmçinin infrastrukturun bərpa edilməsi və digər tapşırıqlar üzrə praktiki bacarıqlarını artırır.

 

 





18.02.2022    çap et  çap et