525.Az

"Ana ölümü göstəricisi azalıb"


 

"Ana ölümü göstəricisi azalıb"<b style="color:red"></b>

“Azərbaycan əhalisinin 34455000 nəfəri reproduktiv yaş dövründə olan qadınlar, 3387500 nəfəri isə reproduktiv yaş dövründə olan kişilərdir”.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova deyib.
 
O bildirib ki, 2012-ci ilin əvvəlinə olan statistik göstəricilərə əsasən Azərbaycanda əhalinin  sayı 9235100 nəfər olub: “Onlardan 1508700 nəfəri 10-19 yaşlı yeniyetmələrdir. Bu da ümumi əhalinin 16,34%-ni təşkil edir”.
 
Orta nikaha daxil olma yaşının qadınlar üçün 23, kişilər üçün 27 olduğunu söyləyən L. Məmmədova 2011-ci ildə 88145 nikah, 10747 boşanma qeydə alındığını bildirib: “2011-ci ildə rəsmi qeydə alınan 88145 nikahdan 5138 gəlinin yaşı 18-dən aşağı olub”.
 
Onun sözlərinə görə, ana ölümü göstəricisi son 2006-cı illə müqayisədə 2,5 dəfə azalaraq 2012-ci ildə hər 1000000 diri doğulana 15,4 faiz düşüb. Perinatal ölüm göstəricisi isə 9,6 promil təşkil edib.

 





16.05.2014    çap et  çap et