525.Az

Xocavənd istiqamətində mövqelərimiz atəşə tutulub


 

Xocavənd istiqamətində mövqelərimiz atəşə tutulub<b style="color:red"></b>

Azərbaycanın Xocavənd istiqamətində mövqeləri atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyindən (MN) 525.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 19-u saat 15:40-dan etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri ilə qarşı tərəf susdurulub.

 

 





19.02.2022    çap et  çap et