525.Az

Hulusi Akar almaniyalı həmkarı ilə regional məsələləri müzakirə edib


 

Hulusi Akar almaniyalı həmkarı ilə regional məsələləri müzakirə edib<b style="color:red"></b>

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Münhendə almaniyalı həmkarı Kristin Lambrextlə görüşüb.

525.az xəbər verir ki bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd olunub ki, görüş zamanı nazirlər ikitərəfli, regional və qlobal məsələlər, müdafiə sənayesi, hərbi təlim və əməkdaşlıq mövzularında fikir mübadiləsi aparıb.

Bundan əlavə, Nazir Akar almaniyalı həmkarı ilə FETÖ ilə mübarizədə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayıb.

 





19.02.2022    çap et  çap et