525.Az

İsrail vətəndaşlarını Ukraynadan çıxarır


 

İsrail vətəndaşlarını Ukraynadan çıxarır<b style="color:red"></b>

İsrail öz vətəndaşlarını Ukraynanı mümkün qədər tez tərk etməyə çağırıb.

525.az APA-ya istinadən xəbər verir ki, İsrailin Xarici İşlər Nazirliyi ölkədə münaqişənin alovlanması ehtimalına görə bu addımı atıb.

Bu gün XİN-də keçirilən müşavirə və Münhen konfransının iştirakçıları ilə məsləhətləşmədən sonra İsrail bir daha vətəndaşlarını Ukraynadan çıxmağa çağırıb. Münaqişə gözləniləndən tez alovlana və ağır nəticələrə səbəb ola bilər” – deyə İsrailin xarici siyasət idarəsi bildirib.

 





19.02.2022    çap et  çap et