525.Az

"Ağdamın erməni vandalizminə məruz qaldığını gördük"


 

"Ağdamın erməni vandalizminə məruz qaldığını gördük"<b style="color:red"></b>

Ağdama səfər zamanı gördüklərimdən heyrətə gəldim. Şəhər tamamilə dağıdılıb, bir salamat bina belə yoxdur.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən “Müharibə cinayətləri mədəni irsə qarşı: Qarabağ münaqişəsinin tarixi kontekstində” adlı XI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin Ukraynadan olan iştirakçısı Marina Qonçaruk söyləyib.

M.Qonçaruk Ağdamda gördüklərindən çox təsirləndiyini bildirib: “Biz bu şəhərin, azərbaycanlılar üçün müqəddəs olan gözəl arxitekturaya malik məscidin erməni vandalizminə məruz qaldığını gördük. Biz istəyirik ki, bura tezliklə yenidən qurulsun. Azərbaycanlılar öz doğma yerlərinə qayıtsınlar və əcdadlarının yurdunda xoşbəxt yaşasınlar. Bu yerlərə yenidən həyat gəlsin, bu gözəl dini-arxitektura nümunəsi bərpa edilsin”.

 





20.02.2022    çap et  çap et