525.Az

21 Fevral Beynəlxalq Ana Dili Günüdür - Video


 

21 Fevral Beynəlxalq Ana Dili Günüdür - <b style="color:red">Video</b>

Hər bir xalqın maddi və mənəvi sərvətinin, mədəni irsinin qorunaraq inkişaf etdirilməsində dilin rolu əvəzsizdir. Dil insanlar arasında ünsiyyət vasitəsi olmaqla yanaşı, fərdlərin dünya görüşünün artması, mükəmməl təhsil alması, eləcə də bəşəri dəyərləri öyrənmək, elmi bilik əldə etmək üçün mühüm vasitədir, həmçinin dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir.

525.az xəbər verir ki, məhv olmaq təhlükəsi qarşısında qalan dillər daxil olmaqla bütün dillərə hörmətlə yanaşma isə dünyada sülhün qorunmasına zəmanət verir. Ənənəvi olaraq hər il keçirilən 21 Fevral Beynəlxalq Ana Dili Günü hər kəsin öz ana dili ilə qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Bu əlamətdar günün tarixi isə 1952-ci ilin fevral ayına təsadüf edir. Həmin vaxt Pakistanda benqal dilinin  qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər həlak olur. 1999-cu ildə Banqladeş nümayəndələrinin onların xatirəsinə ehtiram əlaməti olaraq müraciətinə cavab olaraq YUNESKO-nun Baş Konfransında bu tarix Beynəlxalq Ana Dili Günü elan olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı “525-ci kanal” təqdim edir: 

 

Nigar Abbasova

 





21.02.2022    çap et  çap et