Azərbaycan parlamentinin deputatları İrəvana gəlib.
525.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə məlumatı iqtidardakı “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Mariya Karapetyan təsdiqləyib.
Qeyd edək ki, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün İrəvana gəlib.
***
Fevralın 22-də Ermənistanın paytaxtı Yerevanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək.
525.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.
Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
çap et