525.Az

Birinci Vitse-prezidentlik institutu


 

XANIM MEHRİBAN ƏLİYEVANIN SİYASİ-İCTİMAİ VƏ HUMANİTAR FƏALİYYƏT PARADİQMALARI

Birinci Vitse-prezidentlik institutu<b style="color:red"></b>

26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı

2016-cı il sentyabrın 26-da Azərbaycanda Konstitusiya islahatları ilə bağlı keçirilən referenduma əsasən, dövlət idarəçiliyində yeni təsisat - Birinci Vitse-prezidentlik institutu yaradıldı və Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə ölkəmizdə ilk dəfə olaraq bu vəzifəyə xanım Mehriban Əliyeva təyin edildi. Birinci Vitse-prezidentlik institutunun təsisatı Azərbaycanın dövlətçilik sistemində yeni mərhələ idi. Xanım Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyinatı 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara seçib-seçilmək hüququnun verilməsindən qaynaqlanan ənənənin davamı olaraq Ulu öndər Heydər Əliyevin dövlət qadın siyasətinin uğurla həyata keçirilməsi, Prezident İlham Əliyevin imzaladığı “Gender bərabərliyinin təminatı” qanununun reallaşdırılması yönündə tarixi bir hadisə oldu. Xanım Mehriban Əliyevanın istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə tərəqqidə olan işgüzar mövqeyi onun Ulu öndər Heydər Əliyevin dövlətçilik institutunun sadiq və bacarıqlı yetirməsi olduğunu təsdiqlədi.

- Xanım Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyası sədrinin müavini, alim, milli mədəniyyətimizin dünyada tanınan hamisidir. Ölkənin Birinci vitse-prezidenti və birinci xanımı bütün keyfiyyətləri – mötəbər mövqeyi və yüksək nüfuzu ilə Azərbaycanın görkəmli qadın lideri, ali statuslu rəhbərdir.

- Xanım Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu dünyada öz çoxmiqyaslı, xeyirxah fəaliyyəti ilə seçilən, böyük layihələrə imza atan vətəndaş cəmiyyəti qurumudur və dünyada səhiyyə, təhsil, elm, mədəniyyət, mənəviyyat sahəsində müxtəlif tədbirləri gerçəkləşdirməklə, bir sıra yönlərdə dövlət siyasətinin həyata keçirilməsində, əsasən də Qarabağ məsələsinin təbliğində bir çox böyük əhəmiyyətli layihələrə imza atıb.

- Azərbaycanın Birinci xanımı Azərbaycan adət-ənənələrinə hörmət, diqqət və sayğı ilə yanaşan güclü bir Qadın rəhbər xarakterini əks etdirir. Onun çoxşaxəli fəaliyyəti həm qadınlar, həm də həyata yeni atılan gənc qızlar üçün örnəkdir.

- Birinci vitse-prezident Azərbaycan xalqının, dövlətinin mədəni-siyasi və tarixi-ictimai maraqlarını beynəlxalq aləmdə əks etdirməklə yanaşı, müasir Azərbaycan qadınının ictimai-siyasi obrazını da dünyaya tanıdır. Ölkəmizin siyasi-iqtisadi, sosial-ictimai, mədəni-mənəvi tərəqqisində xüsusi yeri və xidmətləri olan Azərbaycanın Birinci vitse-prezidenti böyük nüfuza malik lider qadın örnəyidir.

- Xanım Mehriban Əliyeva Azərbaycanda milli dövlətçilik institutunun formalaşmasında yetərincə xidmətləri olan siyasi-mədəni rəhbər, çoxyönlü fəaliyyəti ilə dünyada tanınan, qəbul edilən humanist dövlət xadimidir. XXI əsr Azərbaycan dövlətçilik tarixinə onun adı “Modern qadın rəhbər”, “Fenomen qadın lider” kimi yazılıb.

- Xanım Mehriban Əliyevanın qazandığı bu böyük uğurlar həm özünün istedadı, bacarığı, mükəmməl təhsili, praqmatik zəkası, həm də taleyinə yazılmış Ulu öndər Heydər Əliyev kimi böyük

strateqin həyat və siyasət məktəbindən mükəmməl dərs alması ilə mümkün olub. Azərbaycanın Birinci xanımının düşüncəsində: “Ulu öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanla münasibətdə o, çox sadə və ədalətli idi”.

- Xanım Mehriban Əliyevanın başqa bir paradiqmal göstəricisi isə onun Şərq milliliyini Qərb modernliyi ilə qovuşduraraq, çoxsaylı bəşəri layihələrin həyata keçirilməsi təşəbbüslərini reallaşdırmasıdır. Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyinatı həm də siyasi platformada, idarəçilik strukturunda Azərbaycan qadınının liderlik imkanlarının qəbul edilməsi və təsdiqlənməsi komponentləridir.

- Xanım Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanda “Qadın lider” fenomeninin, idarəetmədə “Qadın rəhbər” obrazının gender mədəniyyəti mətnində təcəssümüdür. Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü ilə paytaxtın, respublikanın əksər yerlərinin və işğaldan azad olunan Şuşanın memarlıq simasının modernləşməsi, yenilənməsi, dünyanın müasir, baxımlı, görməli turizm şəhərinə çevrilməsi gerçəkliyidir.

- Birinci vitse-prezidentin dövlətimizin başçısı cənab İlham Əliyevin modernləşmə və davamlı inkişaf istiqamətli tərəqqi xəttinə dəstəyi və xidmətləri danılmazdır. Əsrlərdən gələn Azərbaycan muğamına, milli aşıq musiqisinə, xalçaçılıq kimi xalq sənətinə və digər mədəni trendlərimizə yeni nəfəs verilməsi, bu misilsiz irsin dünyaya tanıdılması da xanım Mehriban Əliyevanın adı və humanist-mədəni fəaliyyəti ilə bağlıdır.

Birinci vitse-prezident öz fəaliyyətində, əsasən, irimiqyaslı mədəni, humanitar, ictimai layihələri çoxyönlü istiqamətdə inamla, ardıcıllıqla gerçəkləşdirməkdədir. Bu:

- ölkənin sosial-iqtisadi-siyasi inkişaf kursu ilə bağlı kompleks layihələrin uğurla həyata keçirilməsində yaxından iştirakla;

- müstəqil respublikamızın kompleks ictimai-mədəni, sosial-humanitar bir Azərbaycan modeli olaraq üzə çıxarılıb dünyada tanıdılmasında dövlət siyasətinə dəstək verməklə;

- həssas və mərhəmətli bir soydaşımız, qadın lider olaraq doğma Vətəninin ağır məqamlarında – istər Aprel döyüşləri, istər Tovuz hadisələri zamanı, istərsə Vətən müharibəsi, istərsə də ağır COVİD-19 pandemiyası dövründə Azərbaycan xalqının həmdəmi, doğma simsarı kimi ümid yerinə çevrilməklə.

- “Sizin Mehriban” imzası ilə xalqa ünvanlanan çağırış və müraciətlərindəki səmimilik, vətənsevərlik, qayğıkeşlik amili onu hər bir Azərbaycan vətəndaşına bir daha sevdirdi və “Bizim Mehriban xanım” adı milyonlarla qəlbə sevgi ilə yazıldı. Birinci xanım şəhid ana, bacı və qızlarının ağrılarına həssas yanaşması ilə Vətən yolunda qurban gedənlərə bir qadın rəhbər kimi hörmət və qayğını ən yüksək səviyyədə ifadə etdirir. Bu ali ehtiramda, ülvi ünsiyyətdə mərhəmətli bir ana ürəyinin, qayğıkeş bir Siyasi Xadimin milli xarakteri inikas olunur.

- Birinci vitse-prezident cəmiyyətin həssas qruplarının problemlərinin həll olunması, çoxmədəniyyətliliyin qorunmasında çoxsaylı layihələrin reallaşmasına stimul verir.

Azərbaycan vətəndaşlarının ölkənin Birinci vitse-prezidentinə məhəbbəti danılmaz reallıqdır. Bu məhəbbəti xanım Mehriban Əliyeva, “Mən hər bir azərbaycanlının Prezidentiyəm” söyləyən dövlət başçısı İlham Əliyevin məntiqi ilə yanaşsaq, “hər bir azərbaycanlının istək və maraqlarına yaxın olması” ilə qazanıb. Xeyirxahlıq onun amalında, şəfqət-mənəviyyatında, dövlətçiliyə sədaqət-əqidəsindədir. Birinci vitse-prezident xarizmatik obrazı, cazibədar siması, kreativ düşüncəsi ilə Azərbaycan qadınının modern göstərici paradiqmasıdır.

Prezident İlham Əliyevin islahatçılıq, hərtərəfli tərəqqi və Qarabağın dirçəlişi kursunda Birinci vitse-prezidentin güclü dövlət – rifahlı cəmiyyət prioritetinə dəstəyi önəmli yer tutur. “İnkişaf məqsədimizdir” hədəfini və “Modern Azərbaycan modeli”ni məqsədyönlü fəaliyyəti ilə gerçəkləşdirən dövlət başçısı

İlham Əlyevin liderliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın Birinci xanım və qadın lider missiyası müsbət bir paradiqma olmaqla, Ümummilli lider Heydər Əliyevin siyasi-ideoloji xəttinin davam etdirilməsinə xidmət göstərir. Xanım Mehriban Əliyeva XXI əsr Azərbaycanın Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sadiq silahdaşı, həyat Dostu, yeniləşən Azərbaycanın dövlət rəhbərliyinin ikinci ali şəxsidir.

“Tanrı Azərbaycanı qorusun” söyləyən, xalqın sevimlisinə çevrilən xanım Mehriban Əliyeva müasir Azərbaycanın milli dövlətçilik siyasətində ilk olaraq, Birinci vitse-prezidentlik institutunu formalaşdıran, Prezident İlham Əliyevin “Güclü Azərbaycan” modelinin gerçəkləşdirilməsində məxsusi rolu olan, modern Azərbaycan qadın rəhbər obrazını ölkədə və beynəlxalq aləmdə əks etdirən güclü liderdir.

 





21.02.2022    çap et  çap et