525.Az

MN-in sabiq idarə rəisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib - Yenilənib


 

MN-in sabiq idarə rəisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib - <b style="color:red"> Yenilənib</b>

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində həbs qətimkan tədbiri seçilib.

525.az xəbər verir ki , bu barədə qərar Bakı Hərbi Məhkəməsində elan edilib.

Belə ki, məhkəmə keçmiş idarə rəisinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

***

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

525.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

***

 Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi saxlanılıb.

525.az-ın xəbərinə görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Məlikməmməd Qurbanov hüquq-mühafizə orqanları tərəfindən tutulub.

O, külli miqdarda mənimsəmədə ittiham edilir.

M. Qurbanov barəsində Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətləri aşma maddələri ilə cinayət işi başlanılıb.

Onun yaxın saatlarda barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılması gözlənilir.

M. Qurbanov ehtiyatda olan polkovnikdir. 27.08.2019-cu ildə ordu sıralarından yaşa görə ehtiyata buraxılıb.

Qeyd edək ki, M. Qurbanovun saxlanması barədə xəbəri ilk olaraq “Qafqazinfo” saytı yayıb.

 





21.02.2022    çap et  çap et