525.Az

Azərbaycan Ordusunun komandoları real döyüş şəraitində təlim keçib - Video


 

Azərbaycan Ordusunun komandoları real döyüş şəraitində təlim keçib -<b style="color:red"> Video</b>

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində təlim-məşqləri keçirilib.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Real döyüş şəraitinə uyğunlaşdırılaraq keçirilən praktiki məşğələlərdə müxtəlif taktiki fəaliyyətlər icra olunub.

Komandolar təlimlərdə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərin əsas məqsədi komandoların peşəkarlıq səviyyəsinin artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

 

 





21.02.2022    çap et  çap et