525.Az

Qədir Aslan Ukraynada bir sıra ali mükafatlara layiq görülüb- Fotolar


 

Qədir Aslan Ukraynada  bir sıra ali mükafatlara layiq görülüb- <b style="color:red">Fotolar</b>

Mayın 18-də əməkdar jurnalist,qızıl qələm mükafatı laureatı,yazıçı ,publisist ,Respublika qəzetinin  diaspora şöbəsinin müdiri Qədir Aslanın  70 yaşı tamam olur.

Ömrünün 50 ildən çoxunu jurnalist fəaliyyətinə həsr etmiş  Qədir Aslan müxtəlif janrlarda yüzlərlə oçerk və məqalənin, Qarabağ müharibəsi və qəhrəmanlıq taiximizi özündə əks etdirən 10 kitabın müəllifidir. "Respublika" qəzetinin diaspora şöbəsinin müdiri kimi təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş  dünya Azərbaycanlılarının birlik və həmrəylik strategiyasına  öz yaradıcılıq imkanları ilə böyük töhfələr vermişdır. Bu baxımdan  Ukrayna ilə Azərbaycan arasındakı dostluq əlaqələrinin inkişafına və milli diasporumuzun səmərəli fəaliyyətnə  həsr etdiyi  çoxsaylı  məqalə və oçerklərinə görə Qədir Aslan “Qızıl Fartuna Beynəlxalq Reytinq Akademiyası”nın 2-ci dərəcəli Əmək Ordeninə layiq görülüb. Qədir Aslana 70 illlik yubileyi munasibəti ilə xoş və səmimi təbriklərini  ünvanlayan akademiyanın rəhbərliyi, əməkdar jurnalistə dost və strateji müttəfiq olan Azərbaycan Ukrayna  dostluğunun tərənnüm olunması naminə yorulmaz yaradıcılıq uğurları arzulayıb.

Ukrayna Millətlər Assambleyası və  Ukrayna Azərbaycanlıları Konqresidə Qədir Aslanın zəngin və səmərəli yaradıcılıq fəaliyyətini  ən alı mükafatları olan “Qızıl Buta “ödülü ilə dəyərləndirib. Hər iki təşkilat adından yubilyara ünvanlanan təbrik məktubunda  Qədir Aslanın Ukrayna Azərbaycanlıları Konqresinin inkişafindakı xidmətləri, dost ölkədə vətənimiz naminə həyata keçirilən çoxsaylı tədbirlərin işıqlandırılmasındakı  səmərəli fəaliyyəti, xüsusən də, təməli Ulu Öndər Heydər Əliyev  tərəfindən qoyulmuş  dünya Azərbaycan diaspora strategiyasının təbliğ olunmasındakı əsl ziyalı  fədakarlığı  minnətdarlıq hissi ilə ifadə olunub.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin kollektivi də  yarandıqları gündən indiyidək  onlara  qələmindən süzülüb gələn yaradıcılıq imkanları ilə mənəvi  dayaq olmuş  Qədir Aslanı Ukrayna Gənclər Assambleyası ilə birgə  təsis etdikləri “Qızıl Pero" nominasiyası ilə mükafatlandırıblar. Ömrünün 70-ci baharını qarşılayan Yubilyara   həmişə  olduğu kimi  gənclik  ruhunda  yazıb yaratmaq  uğurları arzulayıblar.

Aslanov Qədir Təyyar oğlu 1944-cü il may ayının 18 –də qədim Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. BDU-nun jurnalistika fakultəsini bitirib. 20 il “Vardenis” rayon qazetində məsul vəzifələrdə çalışıb. 1988-ci ildən Bakı şəhərində yaşayır. Hazırda Respublika qazetinin diaspora şöbəsinin müdiridir. Ondan çox kitabın,çoxsaylı oçerk və məqalə müəllifi olan Qədir Aslan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar jurnalist adına layiq görülüb. Q. Aslan həmçinin müxtəlif dövrlərdə “Qızıl Qələm” və digər yüksək mükafatlarla da təltif olunub.

 

 





16.05.2014    çap et  çap et