525.Az

Magistraturaya qəbulda ən yüksək balı o topladı


 

Magistraturaya qəbulda ən yüksək balı o topladı <b style="color:red"></b>

Magistraturaya qəbul imtahanında ən yüksək bal toplayan şəxsin kimliyi məlum olub.

525.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) feysbuk səhifəsində paylaşım edilib.

Paylaşımda həmin şəxsin Dövlət İdarəçilik Akademiyasının məzunu Ağaverdiyev Aydın Habil oğlu olduğu qeyd olunub. O, imtahanda 98 bal toplayıb.

Məlumat üçün bildirək ki, imtahanda ən yüksək bal 100-dür.

Bildirilib ki, A.Ağaverdiyev bakalavriat səviyyəsinə qəbul imtahanında 683 bal toplayıb.

 





22.02.2022    çap et  çap et