525.Az

Prezidentliyə namizədin vəkili naməlum şəxlərin hücumuna məruz qalıb


 

Prezidentliyə namizədin vəkili naməlum şəxlərin hücumuna məruz qalıb<b style="color:red"></b>

Ukraynada prezidentliyə əsas namizəd olan Pyotr Poroşenkonun vəkili Sergey Nesterov naməlum şəxlərin hücumuna məruz qalıb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Donetsk vilayətinin Makeyevka şəhərində baş verib.
 
Qara geyimdə olan şəxslər S.Nesterova travmatik silahdan atəş açıblar və ayağından yaralayıblar, habelə müxtəlif bədən xəsarətləri yetiriblər.
 
S.Nesterov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 





16.05.2014    çap et  çap et