525.Az

Ötən ay 16 nəfər dərmandan zəhərlənib


 

Ötən ay 16 nəfər dərmandan zəhərlənib<b style="color:red"></b>

Azərbaycanda ötən 1 ay ərzində qeydə alınan dərman zəhərlənmələrinin saylı açıqlanıb.

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, ötən 1 ay ərzində Azərbaycanda dərmanın əlavə təsiri nəticəsində allergik reaksiyadan 16 nəfər zərər çəkib.

A.Maqsudovun sözlərinə görə, onların hər birinin vəziyyəti normaldır və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

O qeyd edib ki, dərmandan zəhərlənmə rayonlarda deyil, əsasən Bakı şəhərlərdə qeydə alınıb

 





16.05.2014    çap et  çap et