525.Az
Papa İordaniyaya səfər edəcək
Roma Papası İordaniyaya səfər edəcək.
APA-nın məlumatına görə, bunu İordaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Fadi Duayder jurnalistlərlə görüşündə deyib.
Müxtəlif illərdə Roma papalarının İordaniyaya səfərlərini xatırladan diplomat bunun artıq dördüncü belə səfər olduğunu bildirib. O, səfərin mayın 24-də İordaniya kralı 2-ci Abdullahın dəvəti ilə gerçəkləşəcəyini söyləyib. Səfər zamanı ikitərəfli əlaqələr müzakirə olunacaq, dünyada sülhün və xalqlararası dostluğun möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.
İordaniyalı diplomat səfərin vacibliyini vurğulayaraq bu tədbirin 1000-ə qədər mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacağını qeyd edib.
16.05.2014
çap et