525.Az

Azərbaycan, Rusiya və İran Şimal-Cənub enerji dəhlizinin yaradılmasını müzakirə edib


 

Azərbaycan, Rusiya və İran Şimal-Cənub enerji dəhlizinin yaradılmasını müzakirə edib<b style="color:red"></b>

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiyanın energetika naziri Nikolay Şulqinov və İranın energetika naziri Əli Əkbər Mehrabian ilə üçtərəfli formatda görüşüb.

525.az xəbər verir ki, bu barədə P. Şahbazov "Twitter" hesabında yazıb.

Nazir qeyd edib ki, görüşdə Şimal-Cənub elektrik enerjisi dəhlizinin yaradılması istiqamətində texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına dair məsələləri müzakirə olunub.

 





22.02.2022    çap et  çap et