525.Az

Azərbaycan və Rusiya telekommunikasiya operatorları birbaşa əlaqə yaradacaq


 

Azərbaycan və Rusiya telekommunikasiya operatorları birbaşa əlaqə yaradacaq<b style="color:red"></b>

Azərbaycan və Rusiyanın telekommunikasiya operatorları arasında birbaşa əlaqə kanalları təşkil ediləcək.

525.az xəbər verir ki, bu, “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də əksini tapıb.

Sənədə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafını, yüksək keyfiyyətli səs trafikinin mübadiləsi üçün səmərəli şəraitin yaradılması da daxil olmaqla Rusiya və Azərbaycanın telekommunikasiya operatorları arasında birbaşa əlaqə kanallarının təşkilini təşviq edəcəklər.

 





22.02.2022    çap et  çap et