525.Az

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub


 

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub<b style="color:red"></b>

Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 





23.02.2022    çap et  çap et