“Fevralın 22-si tarixə Azərbaycan və Rusiyanın münasibətlərinin yeni mərhələsi kimi daxil olacaq”.
525.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin tviter səhifəsində paylaşım edilib.
“22.02.2022 tarixi Rusiya və Azərbaycanın tarixinə ölkələrimiz arasında münasibətlərin yeni mərhələsi kimi daxil olacaq! #mütəffiq – bu sözü yadda saxlayın: Artıq biz müttəfiqik!”, - paylaşımda deyilir.
Xatırladaq ki, fevralın 22-si Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Müttəfiqlik haqqında Bəyannamə imzalayıblar. Sənəd əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 40-dan çox bənddən ibarətdir.
çap et